📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəxtiyar Ersay Müdafiə Nazirliyindəki vəzifəsindən azad edildi

2025-08-25 20:55:12

Bəxtiyar Ersay Müdafiə Nazirliyindəki vəzifəsindən azad edildi

Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay yeni işinin icrası ilə əlaqədar Azərbaycandakı vəzifəsindən gedib.

O, Türkiyə Prezidentinin sərəncamı ilə Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, bir müddət əvvəl səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib. \\APA