📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəxtiyar Hacıyev buna görə saxlanılıb - Rəsmi

2022-12-09 16:04:00

Bəxtiyar Hacıyev buna görə saxlanılıb - Rəsmi

Bəxtiyar Hacıyevin saxlanılma səbəbi məlum olub.

Hurriyyet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən "qafqazinfo"nun sorğusuna cavab olaraq  bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün  məhkəməyə göndərilib.

Qeyd edək ki, B.Hacıyev bu gün Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. Onun barəsindəki cinayət işinin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə olduğu bildirilir.