Bəxtiyar Hacıyev saxlanıldı - Məhkəməyə aparılır
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb. O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə aparılır”.
Vəkil bildirib ki, B.Hacıyev Ülviyyə Alovlu ilə münaqişəsinə görə saxlanılıb.
***
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.