📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəxtiyar Hacıyevin səhhəti ilə bağlı son durum açıqlandı

2022-12-22 21:39:00

Bəxtiyar Hacıyevin səhhəti ilə bağlı son durum açıqlandı

Vəkil Cavad Cavadov ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Hurriyyet.Az-ın xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat paylaşılıb.

“Bəxtiyar bildirdi ki, bu gün təzyiqi aşağı olub - 90/60, hərarəti isə 35,4-ə enib, nəbzi 76-dir. Gün ərzində daha yarım kilo arıqlayıb, çəkisi 79,5 kiloqrama enib. Beləliklə, artıq 5 kiloqram çəki itirib. Zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Lakin azadlığa çıxana qədər aclığı davam etdirəcək”, - Rüfət Səfərov paylaşımında qeyd edib. \\Bakupost.az