📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəxtiyar Paşadan Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması ilə bağlı AÇIQLAMA

2022-12-10 15:27:00

Bəxtiyar Paşadan Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması ilə bağlı AÇIQLAMA

Azərbaycan Müdafiə Nazirliyində bu gün kollegiya iclası keçirilib.

Hurriyyet.az xəbər verir ki, iclasda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı, general-polkovnik Bəxtiyar Ersay çıxış edib. 

O, Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən söhbət açıb.

Qeyd edək ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.

bizim.media