📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəxtiyar Tuncay: “2025-ci ildə ruslar bölgədən çəkilən kimi...” Ermənilər yaranmış situasiyadan çıxış yolu görmürlər

2022-08-16 14:04:00

Bəxtiyar Tuncay: “2025-ci ildə ruslar bölgədən çəkilən kimi...” Ermənilər yaranmış situasiyadan çıxış yolu görmürlər

“Zəngilan və Füzulidə tikilən, Laçında tikintisinə hazırlaşılan aerodromların da onları təşvişə saldığı danılmaz faktdır. Çünki bilirlər ki, həmin aerodromlar istənilən an hərbi təyyarələri də qəbul edə biləcəklər və əslində elə bu məqsədlə də gerçəkləşdirilirlər”

“Azərbaycanın sonrakı hədəfinin Zəngəzur və Göyçə olacağını düşünürlər. Daha sonra sıranın İrəvana da gələ biləcəyini söyləyirlər”

Hurriyyet.az xəbər verir ki, araşdırmaçı alim, publisist Bəxtiyar Tuncay öz “Feysbuk” səhifəsindəki paylaşmasında Vətən müharibəsində məğlub olmuş erməni tərəfinin həm də dərin psixoloji sarsıntı içərisində olduğunu bildirib.

Alim yazır: “Bilmirəm, YouTube şəbəkəsində rusdilli erməni kanallarını izləyirsiniz ya yox, mən daim izləyirəm və izlədikcə də, onların necə çarəsiz, ümidsiz və müqavimət gücünü itirmiş bir vəziyyətə düşdüyünü görüb sevinirəm.

Əlbəttə, onların içində də eynən bizdəki bəzi milliyyətçilər kimi dünyadan xəbəri olmayan, boş-boş şüarlar verən və mənasız danışan adamlar az deyil. Amma baş verənlərin fərqində olanlar da az deyil və belələri ciddi mənada həyəcan təbili çalırlar. Azərbaycan ordusunun Xankəndi, Xocalı, Sərsəng su anbarı və Zəngəzur ətrafında bütün əhəiyyətli yüksəklikləri ələ keçirməsi, həmin yüksəkliləri silah və sursat, yanacaq və ərzaqla təmin etmək üçün sürətlə yolların çəkilməsi erməniləri ciddi şəkildə narahat edir.

 

Zəngilan və Füzulidə tikilən, Laçında tikintisinə hazırlaşılan aerodromların da onları təşvişə saldığı danılmaz faktdır. Çünki bilirlər ki, həmin aerodromlar istənilən an hərbi təyyarələri də qəbul edə biləcəklər və əslində elə bu məqsədlə də gerçəkləşdirilirlər.

Bir sözlə, ermənilər yaranmış situasiyadan çıxış yolu görmür, 2025-ci ildə ruslar bölgədən çəkilən kimi Qarabağda, bircə dənə də olsun, erməninin qalmayacağını, Azərbaycanın sonrakı hədəfinin Zəngəzur və Göyçə olacağını düşünürlər. Daha sonra sıranın İrəvana da gələ biləcəyini söyləyirlər.

Boşboğaz milliyətçilər isə  boş və mənasız fantaziyalar qurur, özləri-özlərinə təsəlli verməyə çalışırlar”.

Hürr Tərcüman

Bir 1 nəfər, açıq hava və bunu deyən yazı "NOYAN TAPAN" şəkili ola bilər