📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər" - Azərbaycanın NATO-dakı nümayəndəsi

2023-03-11 16:30:00

"2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər".

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.

O bildirib ki, Rusiya sülhməramlılarının dəstəyi ilə Ermənistan öz qoşunlarını Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa köçürməkdə davam edir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Ermənistandan Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa qanunsuz silah daşınmasına dair məlumat yaymışdı. (report)