📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Beyinə nəzarət silahı Çin ilə ABŞ arasında gərginliyə səbəb oldu

2021-12-17 16:46:00

Beyinə nəzarət silahı Çin ilə ABŞ arasında gərginliyə səbəb oldu

Hurriyyet.az “Russian Today” portalına istinadən xəbər verir ki, Çin ABŞ-ın Maliyyə Nazirliyinin 34 nəfər Çin şirkətini və institutunu qara siyahıya salmaq qərarını qınayıb və ölkəsində “beyinə nəzarət” silahlarının yaradıldığı barəsindəki iddiaları “tamamilə əsasız” adlandırıb.

Dünən Çinin Hərbi Tibb Elmləri Akademiyası (AMMS)  da daxil olmaqla, 34 idarə və təşkilatı qara siyahıya salınıb.

Çin şirkətlərinin ABŞ-dan texnologiya alması qadağan edilib.

Bundan əvvəlki qara siyahıya isə ağıllı telefon istehsalçısı “Huawei” də daxil olmaqla 260-dan çox Çin şirkəti salınmışdı.

Vaşiqntondakı Çin səfirliyi qərara etirazını bildirərək, ABŞ-ın qərarını “yersiz təzyiq” adlandırıb. Çin təmsilçisinin açıqlamasında deyilir: “Çinin biotexnologiya fəaliyyəti həmişə bəşəriyyətin xeyrinə olub. ABŞ tərəfinin iddiaları tamamilə əsassızdır”.

Bu həftə ABŞ Çinin 4 dərman şirkətini fentanil və digər qadağan edilmiş narkotikləri Birləşmiş Ştatlara keçirməkdə ittiham edərək, onlara qarşı da sanksiyalar tətbiq edib.

 

Hürr Tərcüman