📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Beyləqanda 11 yaşlı oğlanı maşın vurdu - Vəziyyəti ağırdır

2026-08-12 20:21:06

Beyləqanda 11 yaşlı oğlanı maşın vurdu - Vəziyyəti ağırdır

Beyləqan rayonunda 11 yaşlı oğlanı avtomobil vurub.

Hurriyyet.Media  xəbərinə görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Changan” markalı avtomobil 2015-ci il təvəllüdlü M.R-nı (Ad şərtidir) vurub.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Yaralı yaxınlıqda olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb.