📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Beyləqanda silahlı insident olub

2024-07-18 09:11:29

Beyləqanda silahlı insident olub

Beyləqan şəhərində silahlı insident olub.

Hurriyyet.az xəbər verir ki, hadisə şəhərin Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, özündən üç yaş kiçik Yusif Cuvarlını güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib, Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

report.az