📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Beyləqanda yataqxanada yanğın - Video

2026-01-03 10:23:57

Beyləqanda yataqxanada yanğın - Video

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.