📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəylər Əyyubova ağır itki üz verdi

2025-04-03 19:09:34

Bəylər Əyyubova ağır itki üz verdi

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova ağır itki üz verib.

Hurriyyet.Az Teleqraf-a istinadən xəbər verir ki, generalın bacısı qızı Xalidə Şahverdiyeva vəfat edib.

O, insultdan dünyasını dəyişib.

Qeyd edək ki, Xalidə Şahverdiyeva Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini - Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin rəisi general-leytenant Mayıl Şahverdiyevin bacısıdır.

Allah rəhmət eləsin!

Fotoda general-leytenant Mayıl Şahverdiyev