"Beynəlxalq Cinayət Məhkəməsi Putin və adamlarını axtarır" - XAQANİ CƏFƏRLİ
"Tezliklə hərbi cinayətkarların yaxalanması üçün yüksək məbləğdə mükafat da təyin oluncaq"
"Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Vladimir Putini Ukraynada hərbi cinayətlərdə, o cümlədən uşaqların qanunsuz deportasiyasında şübhəli bilərək yaxalanması üçün barəsində həbs orderi çıxarmışdı. Professor Rosario Salvatore Aitalanın sərlik etdiyi, hakimlər Tomoko Akane və Serxio Gerardo Ugalde Godinezin daxil olduğu hakimlər heyyəti Putinlə yanaşı, Rusiyanın Uşaq Haqları ombudsmanı Mariya Lvova-Belovanı da eyni cinayətlərdə şübhəli bilərək yaxalanması üçün həbs orderi vermişdi". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi ötən gün Rusiya Qara Dəniz Donanmasının komandanı admiral Viktor Sokolov və Rusiya Uzaqmənzilli Aviasiyasının komandanı general-leytenant Sergey Kobylaşı Ukraynaya qarşı hərbi cinayətlərdə ittiham edərək barələrində də həbs qərarı verib: "Beləliklə, Beynəlxalq Cinayət Məhkəməsinin haqqında həbs orderi verdiyi rusiyalı hərbi cinayətkarların sayı dördə çatdı. Qarşıdakı həftələrdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun da barəsində həbs orderi veriləcəyi gözlənilir. Onlar da Ukraynada hərbi cinayətlərin törədilməsində ittiham olunacaqlar. Tezliklə hərbi cinayətkarların yaxalanması üçün yüksək məbləğdə mükafat da təyin oluncaq. Putinə münasibətin Hitlerə münasibətdən daha pis olacağı ilə bağlı fikirlərimiz öz təsdiqini tapmaqdadır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az