Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - FOTO
2026-10-10 17:26:40
Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfərinin son ünvanı Cəbrayıl rayonu olub.
APA-nın bölgə müxbiri xəbər verir ki, səyyahlar Yarəhmədli kəndində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlara ərazilərin minalarla çirkləndirilməsi, mina təhlükəsinin yaratdığı fəsadlar və minatəmizləmə prosesi barədə məlumat verilib.
Səfər zamanı ərazidə aşkarlanan minalar partladılaraq zərərsizləşdirilib.
Qeyd edək ki, 13 ölkədən təxminən 40 nəfərin qatıldığı bu səfər beynəlxalq səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura 17-ci qrup səfəridir.