Beyrut Livan və İsrail arasında müharibə istəmir - “Jerusalem Post”
2024-07-03 10:46:24
Beyrut Livan və İsrail arasında müharibə istəmir. “Jerusalem Post” xəbər verir ki, bu mesajı Livanın xarici işlər naziri Abdullah Bu Həbib İsrailin xarici işlər naziri İsrael Katsa bildirib.
Abdullah Bu Həbib “Biz sülhdə maraqlıyıq, müharibə istəmirik” ismarıcını iyulun 2-də Katsa onunla danışan Ceyhun Bayramov vasitəsilə çatdırıb.
Qəzet yazır ki, Livan və İsrail arasında diplomatik əlaqələr yoxdur, ona görə də ölkələr arasında ünsiyyət çox vaxt üçüncü tərəflər vasitəsilə həyata keçirilir.
Bundan əvvəl bildirilmişdi ki, İsrail iyulun 15-dən sonra Livanın cənubunda hərbi əməliyyatlara başlamağı planlaşdırır və o, "Hizbullah"la döyüşəcək.
Ülviyyə, Hurriyyet.az