📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəzi ərazilərə leysan yağır - FAKTİKİ HAVA

2026-05-16 15:36:02

Bəzi ərazilərə leysan yağır - FAKTİKİ HAVA

Saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər rayonlarında arabir yağış yağır, şimşək çaxır. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.

Bu barədə Hurriyyet.info-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 11, Ordubad və Naxçıvanda 8, Şərurda 7, Daşkəsən və Culfada 6, Şəmkir və Şahbuzda 5, Göygöl, Gəncə, Lənkəran və Yardımlıda 4, Sədərəkdə 3, Astara, Lerik və Tovuzda 2, Ağstafa, Goranboy, Balakən, Qax, Zaqatala, Şəki, Quba, Qusar, Şahdağ, Sabirabad, Biləsuvar, Cəlilabad, Naftalan, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Mingəçevir və Daşkəsəndə 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18, Gədəbəydə 16 m/s-yə çatır.