📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəzi məhkəmələrə yeni hakimlər təyin ediləcək - SİYAHI

2024-03-30 17:25:26

Bəzi məhkəmələrə yeni hakimlər təyin ediləcək - SİYAHI

Ali Məhkəmə. Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.

Hurriyyet.az xəbər verir ki, APA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisə qanun layihələri daxil olub.

Həmin qanun layihələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında.

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

Qanun layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.