📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bəzi məktəb direktorları məktəbə biznes obyekti kimi baxırlar" - Ceyhun Məmmədov

2023-01-07 00:29:00

"Təəssüf ki, bu gün də bəzi məktəb direktorları çirkin əməllərlə məşğuldurlar. Onlar məktəbə biznes obyekti kimi baxırlar və bu təhsilimizə çox ciddi ziyan vurur".
Hurriyyet.Az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, bunun kökünü kəsməliyik:
"Təhsil olan yerdə rüşvət olmamalıdır. Əgər bir məktəb direktoru bunu edirsə və işdən azad olunursa, bu, yetərli deyil. Belə halların baş verməməsi üçün sərt cəzalar olmalıdır. İnsanlar görməlidir ki, filankəs bu əməli törətdi, bu cəzanı aldı və ona görə də, həmin işi görməməlidirlər".Tehsil.biz