📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəzi rayonlara leysan yağıb - Faktiki hava

2024-06-08 17:22:07

Bəzi rayonlara leysan yağıb - Faktiki hava

İyunun 8-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 32, Aran rayonlarında 34, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.