📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəzi tikinti materialları UCUZLAŞDI

2021-11-22 21:58:00

Bəzi tikinti materialları UCUZLAŞDI

Oktyabr ayında Bakıda bir sıra tikinti materiallarının qiymətində ucuzlaşma qeydə alınıb.

Bu barədə  "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.

Ötən ay dəmir məmulatlarının qiymətində 2,17 faiz ucuzlaşma qeydə alınıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu məmulatların qiyməti 21,74 faiz bahalaşıb.

Taxta məmulatlarının qiymətində isə ucuzlaşma 4,35 faiz təşkil edib, illik müqayisədə isə 54,35 ucuzlaşma qeydə alınıb.

Daş məmulatlarının, dam örtüklərinin, sementin və qumun qiymətləri isə sabit qalıb. \\Demokrat.az