📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəzi un istehsalçıları topdansatış qiymətləri ARTIRIB - SİYAHI

2026-02-06 13:16:55

Bəzi un istehsalçıları topdansatış qiymətləri ARTIRIB - SİYAHI

Azərbaycanda unun topdansatış qiymətləri ilin əvvəlindən bəri bir qədər yüksəlib – fevralın 5-nə olan rəsmi məlumatlara görə, 50 kq-lıq kisənin qiyməti 26,1-28,6 manat arasında dəyişir. 

Bu barədə "AzPolitika" Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin son açıqlamalarına əsasən məlumat verir.

Agentliyin yaydığı siyahıya əsasən, bu aralıqda əvvəlki dövrlə müqayisədə əksər istehsalçılarda 0,1-0,3 manat artım qeydə alınıb.

Yalnız "Qarabağ un" MMC-nin məhsulları 0,1 manat ucuzlaşıb. Ən aşağı qiymət hələ də "Dəvəçi-Taxıl" MMC-yə məxsusdur, ən yüksək qiymət isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM tərəfindən təklif olunur.

Bu dəyişikliklər taxıl bazarındakı mövcud tendensiyalar, xammal xərcləri və mövsümi tələbatla əlaqələndirilir.

Qiymətlər topdansatış məntəqələrində qüvvədədir və pərakəndə satışda fərqli ola bilər. Agentlik bazar nəzarətini davam etdirir və qiymət dəyişikliklərini izləyir.

"AzPolitika" un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edir: