Bidzina İvanaşvili: Ukraynada müharibə maksimum bir ildən sonra bitəcək
2024-07-17 11:49:44
Əgər Gürcüstan müharibəyə cəlb olunarsa, Ukraynadan daha ağır nəticələrlə üzləşəcək. Bunu Gürcüstanın hakim partiyasının qurucusu İvanişvili seçki kampaniyasının açılışında bildirib. O qeyd edib ki, “qlobal müharibə tərəfi” Gürcüstanı müharibəyə cəlb etmək istəyir.
İvanişvilinin sözlərinə görə, ölkənin onu təxirə salmaq üçün cəmi bir ili qalıb ki, bunun nəticəsində “həm qlobal, həm regional siyasi maraqlar, həm də konkret olaraq Gürcüstanla bağlı maraqlar əsaslı şəkildə dəyişəcək”. "Ukraynadakı müharibə ən geci bir ildən sonra başa çatacaq və Amerikada prezident seçkilərində respublikaçılar qalib gəlsələr, müharibə hətta yanvarda da bitə bilər", o əlavə edib.
Ülviyyə, Hurriyyet.az