📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bild” nəşri: “Berlin bu həftə rusiyalı diplomatların ölkədən çıxarılması qərarını bəyan edəcək”

2022-04-04 15:18:00

“Bild” nəşri: “Berlin bu həftə rusiyalı diplomatların ölkədən çıxarılması qərarını bəyan edəcək”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, “Bild” nəşri rəsmi Berlinin bu həftə Rusiya diplomatlarını ölkədən çıxarmaq qərarını verəcəyini bildirib. “Bild”ə məlumat verən mənbə, AFR kansleri Olaf Şoltsun bu məsələ üzərində işləmək tapşırığı verdiyini bildirir.

Rusiya mətbuatı Rusiyanın diplomatik nümayəndəliklərinin 100 nəfərə qədər əməkdaşının Almaniyadan çıxarılacağının gözlənildiyini yazıb.

Hürr Tərcüman