📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bild: "Qərbin yeni güclü şəxsiyyəti Türkiyə Prezidenti R.T.Ərdoğandır"

2023-07-12 11:45:00

Bild:

Hurriyyet.az "Ensonhaber.com" portalına istinadla xəbər verir ki, Almaniyanın “Bild” nəşri Türkiyənin beynəlxalq siyasi arenada artan nüfuzundan bəhs edib. Qəzetdə dərc edilən məqalədə Türkiyə Prezidenti R.T.Ərdoğanın beynəlxalq siyasətdə mövqeyini xeyli möhkəmləndirdiyi qeyd olunub: "Ərdoğan özünü həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də Ukrayna dövlətinin rəhbəri Vladimir Zelenski ilə razlaşmaq qabiliyyəti olan lider kimi göstərdi. Türkiyə Prezidenti müqavilələr imzalayır və danışıqlarda vasitəçi olmağa hazır olduğunu nümayiş etdirir. Ərdoğan birdən-birə çox qüdrətli olub”.

Nəşrin yazdığına görə, Türkiyə Prezidenti NATO-nu da hədələyə bilər. Finlandiya ilə İsveçin Şimali Atlantikaya daxil olmaları tarixçələri artıq bunu isbat edib. İsveçin hələ NATO üzvü olmamasının səbəbi Türkiyənin şərtlərini tam yerinə yetirməməsidir.

Qərb hazırda Ərdoğanın loyallığından çox güclü dərəcədə asılıdır. Ərdoğan anlayıb ki, ayrı-ayrı dövlətlərin NATO üzvü olmasına icazə verməməklə Avropa ölkələrini və ABŞ-ı asanlıqla ram eləmək olar.

Qeyd edək ki, "Bild" nəşrində dərc eilən digər məqalədə Prezidenti Ərdoğan "supermen" adlandırılıb.

Hürr Tərcüman