📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Biləsuvar gömrüyünün işçiləri həbs edildi

2023-10-16 12:01:03

Biləsuvar gömrüyünün işçiləri həbs edildi

İranın təhlükəsizlik məmurları Ərdəbil əyalətinin Biləsuvar gömrüyünün 8 işçisini həbs edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə İran Biləsuvarının prokuroru Rəhim Cəngcu açıqlama verib.

Məlumata görə, həbs edilənlər rüşvət almaqda və korrupsiyada günahlandırılıblar.

Daha 9 gömrük əməkdaşı barəsində isə həbs edilən məmurlarla əlbir olduğu üçün araşdırma başladıldığı bildirilib./Axar.az/