Biləsuvarda ağır qəza: İki nəfər ölüb, üç nəfər yaralanıb
2026-10-17 20:35:05
Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.
Modern.az xəbər verir ki, hadisə Səmədabad kəndi ərazisində baş verib.
40 yaşlı Tacəddin Yusifovun “Toyota” markalı avtomobili idarəetmədən çıxaraq, aşıb.
Nəticədə sürücü və 60 yaşlı sərnişini, Tovuz Axundova hadisə yerində ölüblər. 3 nəfər isə xəsarət alıb.
Araşdırma aparılır.