📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Biləsuvarda iki avtomobil TOQQUŞUB: Dörd yaralı var

2026-03-25 18:04:28

Biləsuvarda iki avtomobil TOQQUŞUB: Dörd yaralı var

Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hurriyyet.az "Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.