📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Biləsuvarda minik avtomobili aşdı - Yaralı var

2026-10-05 10:53:35

Biləsuvarda minik avtomobili aşdı - Yaralı var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəzada ağır bədən xəsarəti alan qadın sərnişin rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.