📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Biləsuvarda sahibsiz it beşinci sinif şagirdinə hücum etdi

2026-04-02 21:16:19

Biləsuvarda sahibsiz it beşinci sinif şagirdinə hücum etdi

Biləsuvar rayonunda 10 yaşlı oğlanı it dişləyib.

Hurriyyet.az Oxu.az-a istinadən bildirir ki,məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzində baş verib.

Rayon sakini, 5-ci sinif şagirdi olan 2016-cı il təvəllüdlü oğlan yaşadığı evdən çıxıb məktəbə gedərkən qəfil küçə itinin hücumuna məruz qalıb. Sahibsiz it məktəbliyə ayaq nahiyəsindən xəsarət yetirib.

Şagird Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.