Biləsuvarda yol qəzası - Xəsarət alanlar var
2024-01-04 21:30:05
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var.
Hurriyyet.Az xəbər verir ki, nəqliyyat vasitəsinin idarəetməni itirməsi nəticəsində rayon sakinləri, 1997-ci il təvəllüdlü Nahid Yarızadə və 2003-cü il təvəllüdlü Mərhəmət Xosuzadə xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.