📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

2026-02-06 22:47:50

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Biləsuvar şəhərinin bəzi ərazilərinin elektrik enerjisi verlişində fasilə yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, fevralın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.