Biləsuvarlıların diqqətinə: işlər təxirə salındı, qaz olacaq
2023-07-20 20:47:00
Biləsuvar rayonunda təbii qazın verilişində fasilə yaranmayacaq.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata əsasən sabah aparılması nəzərdə tutulmuş sınaq işləri növbəti həftələrə keçirildiyindən təbii qazın verilişində məhdudiyyət olmayacaq.