Bill Qeyts "COVİD-19 2.0" versiyasına işarə edir?
Amerikalı jurnalist Ceyms Korbett Bill Qeytsin “Növbəti Pandemiyanın qarşısını necə almaq olar” kitabını şərh edərək, “Hər kəs ondan qurtulduğumuzu düşündüyü anda o yenə hardansa peyda olur” dedi. Bəli, yalnış eşitmədiniz, "Microsoft"un qurucusu yenidən bəşəriyyətin sağlamlığının qayğısına qalır və açıqca yeni COVID 2.0 versiyasına işarə edir.
Prinsipcə, onun yeni əsərinin oxucusu ictimaiyyətin Qeytsin cəhdlərinə münasibətini tam şəkildə ifadə etdi: "Bu adam mənim kompüterimi viruslardan qoruya bilmir, amma koronavirusu dayandıracağını düşünür!"
Bununla belə, kitabı tam oxumuş Korbet daha da irəli gedir. O, planetin ən zəngin insanlarından birinin bir sıra maraqlı açıqlamalarına diqqət çəkir.
Qeyts təkcə ÜST-də Qlobal Epidemiyaya Mübarizə və Səfərbərlik (GERM) adlı 3000-dən artıq ekspertdən dövlətlərin üst səviyyəsində mövqe tutan “mütəxəssislər qrupu” yaratmaqla, illik 1 milyard dollar maliyyə vəsaiti yaradaraq öz “xilas planını” dünyaya tətbiq etməklə kifayətlənmir. O təkidlə israr edir ki, gələcək pandemiyalardan yaxa qurtarmaq üçün "yeni sınaqlar və yeni peyvəndlər" (burada milyarderin marağı başa düşüləndir), "yeni rəqəmsallaşma" (burada da yeni heç nə yoxdur), həmçinin pandemiyaların hərbi araşdırmalar səviyyəsində yeni hökumət simulyasiyaları zəruridir.
Söhbət ondan gedir ki, müxtəlif ölkələrin hakimiyyət orqanları "GERM"in iştirakı ilə “gələcək pandemiyalar zamanı yarana biləcək vəziyyətlərin məşqini” – məsələn, “Hadisə 201” modeli üzrə həyata keçirib. Cons Hopkins Universitetinin 2019-cu ilin oktyabrında Nyu-Yorkda Bill və Melinda Qeyts Fondunun və Dünya İqtisadi Forumunun iştirakı ilə keçirdiyi təlim belə adlanır.
Onlar, COVID-19 pandemiyasının başlamasına cəmi bir neçə həftə qalmış, yarasalardan donuzlara, sonra da insanlara keçən müəyyən bir “Braziliyadan gəlmiş koronavirus”un yayılmasının məşqini etdilər. Həmin məşqin ssenarisinə görə pandemiya 18 ay davam etdi və 65 milyon dünya sakininin həyatına son qoydu.
İndi, gördüyünüz kimi, yeni ssenarili məşqlər gözləməliyik. Həmçinin Ceyms Korbett göstərir ki, Qeytsin kitabının son fəsillərinə əsasən, “ictimai səhiyyə naminə” yeni repressiv tədbirlər, planetdə doğum nisbətinin azalmasına və insanlara nəzarət etmək üçün getdikcə daha mürəkkəb vasitələrin inkişaf edir.
Yaxşı, başqa necə olmaılı idi ki? COVID-19-un bəşər tarixində sonuncu pandemiya olduğunu düşünmürdünüz, elə deyilmi? Yaxud şişdikcə şişirdilən COVİD-19 dəlixanasının məsum olduğunu düşünürdünüz?
Ülviyyə, Hurriyyet.az