📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bill Qeyts: Dünyanı COVİD-19-dan pis pandemiya gözləyir

2023-01-25 16:42:00

Bill Qeyts: Dünyanı COVİD-19-dan pis pandemiya gözləyir

Bill Qeyts dünyanı "Covid-dən də pis pandemiyaya" hazırlaşmağa çağırır. Milyarder qlobalist və pandemiya carçısı Bill Qeyts dünyaya car çəkib ki, növbəti pandemiya insan icadı yəni "əldəqayırma" və "Coviddən daha qəddar" olacaq.
Özünü qlobal səhiyyə çarı elan edən Avstraliyanın Sidney şəhərindəki Loui İnstitutunda auditoriyaya deyib ki, dünya onun məsləhətlərinə çox diqqətlə qulaq asmalı və göstərişlərinə əməl etməlidir, əks halda əvvəllər heç vaxt görülməmiş miqyasda iqtisadi qırğın olacaq.
"Pandemiyada yanğın və ya zəlzələ zamanı olduğu kimi hazır olmaq üçün alətlərə, təcrübələrə və qlobal imkanlara malik olmadan axmaqcasına hərəkət etdik", deyə Qeyts bildirib.
Geyts Avstraliyanın qəddar avtoritar siyasətini, o cümlədən maska ​​qadağalarını və dünyanın ən uzun qapanmalarını tərifləyib.
“Diqqət çəkən məqamlardan biri odur ki, Avstraliya və təxminən yeddi başqa ölkə erkən əhali miqyaslı diaqnostika və karantin siyasəti həyata keçirib. Bu o demək idi ki, siz peyvənd olmayan ilk ildə yoluxma nisbətini aşağı səviyyədə saxlamısınız”, deyə vurğulayıb.
Qeyts həmçinin Çinin yüksəlişini "dünya nizamı"na bir nemət kimi qiymətləndirib və gələcək pandemiyalarla mübarizə üçün qarşılıqlı siyasi iradəyə əsaslanan sabit beynəlxalq nizama ehtiyac olduğunu söyləyib.
"Həm ölkə, həm də regional səviyyədə hər beş ildən bir pandemiyaya hazırlıqla bağlı hərtərəfli təlim keçirməliyik və hər kəsi qiymətləndirən qlobal bir panelə ehtiyacımız var", sözləri ilə Qeyts fikrini yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az