📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıb

2021-12-09 15:16:00

Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıb

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, “Maykrosoft” şirkətinin banisi Bill Qeyts Kovid-19 pandemiyasının kəskin fazasının 2022-ci ildə başa çatacağını bildirib.

Qeyts etiraf edib ki, “delta” kimi yoluxucu variantın peyda olması, insanların peyvənd olmağa və maska taxmağa bu qədər neqativ yanaşması onun üçün gözlənilməz olub.

Qeyts deyib: “Yeni bir proqnoz vermək axmaqlıq olardı. Amma məncə, 2022-ci ildə pandemiyanın kəskin fazası başa çatacaq”.

 

Hürr Tərcüman