Bill Qeyts: “Pandemiya bitəcək, amma bu bəla bitməyəcək”
Hurriyyet.org xəbər verir ki, “Maykrasoft” şirkətinin qurucusu Bill Qeytsin meşə yanğınları vasitəsi ilə özünü büruzə verən “iqlim böhranı” barəsində onun koronavirusdan daha təhlükəli olduğu, pandemiya başa çatsa da, bunun başa çatmayacağını söylədiyi bəlli olub.
Yanan meşələr, quruyan minillik göllər... Son bir il ərzində qlobal istiləşmənin nəticəsi olan iqlim dəyişiklikləri dünyanı bürüyüb.
Qeyts bu barədə “İqlim fəlakətinin qarşısını necə alarıq?” kitabında yazıb: “İş iqlim dəyişikliyinə gəlincə, yoxsulların itirəcək çox şeyi var”.
Qeyts çıxış yolunu belə göstərib: “Elektrikli avtomobil alın. İçərisində göyərti-tərəvəz olan hamburger yeyin. Məsələyə həm milli, həm də yerli miqyasda yanaşın. Şirkət daxilində karbon vergisi qoyun. Yanacağa və məhsullara standartlar tətbiq edin. Siyasətçiləri ekoloji məsələləri həll eləməyə məcbur edin”.
“Pandemiya sona çatacaq. Çünki peyvəndlər tapılıb. İndi bu peyvəndləri yaymağa çalışırıq. İqlim dəyişikliyi ilə müqayisədə bu, çox asandır. Təəssüf ki, iqlim dəyişikliyi bu əsrin axırında hər il beşqat artıq ölümə səbəb olacaq”.