📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bill Qeyts: Pandemiya ilə bağlı yaxşı xəbər var

2021-12-22 09:18:00

Bill Qeyts: Pandemiya ilə bağlı yaxşı xəbər var

İnsanların Yeni ili pandemiya ilə qarşılaması xoşəgələn hal deyil.

Hurriyyet.az xəbər verir ki, bu sözləri “Maykrosoft” qurucusu, milyarder Bill Qeyts deyib.

“Həmişə belə olmayacaq. Nə zamansa pandemiya bitəcək. Nə qədər ki, bir-birimizin qayğısına qalacağıq, o zaman həmin gün tez gələcək. Yaxşı xəbər ondan ibarətdir ki, sürətlə yayılan Omikron ştammı ilə yaranan növbəti dalğa bir ölkədə 3 aydan az davam etməlidir. Bu, bir neçə ay pis ola bilər, lakin inanıram ki, lazımi addımlar atılsa, pandemiya 2022-ci ildə sona çatacaq”.