📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bill Qeyts Türkiyədə: yenidən hacı oldu...

2021-10-22 23:37:00

Bill Qeyts Türkiyədə: yenidən hacı oldu...

“Maykrosoft”un təsisçisi, milyarder Bill Qeyts "Wayfinder" gəmisi ilə Türkiyənin Aydın vilayətinin Quşadası rayonuna gəlib.

B.Qeytsin bu gün "Lana" adlı yaxtada istirahət etdikdən sonra şəxsi helikopteri ilə İzmirin Səlcuq rayonunun hava limanına endiyi bildirilib.

Onun birbaşa Müqəddəs Məryəm Ana Evinə getdiyi, kilsədə dua edərək yenidən hacı olduğu qeyd olunub.

Daha sonra Qeyts qədim Efes şəhərinə gedib və yaxın mühafizəçiləri ilə birlikdə qədim şəhəri gəzib. \\Axar