📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bill Qeyts: “Yaxşı xəbər budur ki, Omikron çox sürətlə yayılır və qarşıdakı 3 ay ərzində...”

2021-12-23 13:06:00

Bill Qeyts: “Yaxşı xəbər budur ki, Omikron çox sürətlə yayılır və qarşıdakı 3 ay ərzində...”

“Omikron hər bir evə daxil olacaq”

“2022-ci ildə pandemiya tam başa çata bilər”

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, “Maykrosoft” şirkətinin qurucusu Bill Qeyts yeni tipli koronavirusun “Omikron” variantından ehtiyat elədiyi üçün səbəbindən qış tətilini ləğv elədiyini bildirərək deyib: “Qarşımızdakı aylar çətin keçə bilər, lakin düzgün addımlar ata bilsək, pandemiya 2022-ci ildə tam başa çata bilər”.

Qeyts hazırda ən yaxın dostlarının Omikran variantına yoluxduqlarını bildirib. Bununla belə o, mart ayına qədər yeni dalğanın başa çatmasını gözlədiyini də söyləyib. Qeyts deyib: “Hər şeyin normal axarına qayıtdığını düşündüyümüz bu günlərdə pandemiyanın ən ağır dövrünə qədəm qoymuş ola bilərik. Omikron hər bir evə daxil olacaq və hazırda ən yaxın dostlarım bu virusa yaxalanıblar. Tətil planlarımı ləğv elədim. Omikron tarixdəki bir çox virusdan daha sürətlə yayılır və çox yaxında bütün dünyada qarşımıza çıxacaq. Yaxşı xəbər budur ki, Omikron çox sürətlə yayılır və ölkədə dominanat hala gəldiyi zaman ən uzağı 3 ay ərzində başa çatacaqdır. Qarşımızdakı aylar çətin keçə bilər, lakin düzgün addımlar atsaq, 2022-ci ildə pandemiya tamamilə başa çata bilər”.

Hürr Tərcüman