📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bill Qeytsin Türkiyəyə niyə gəldiyi MƏLUM OLDU

2021-11-04 22:54:00

Bill Qeytsin Türkiyəyə niyə gəldiyi MƏLUM OLDU

Bir müddətdir Egey sahilində istirahətdə olan amerikalı milyarder Bill Qeytsin Türkiyədə torpaq sahəsi axtardığı və ferma qurmağı planlaşdırdığı iddia edilib.

İddialara görə, lüks yaxtası ilə bir müddətdir Egey sahillərində tətildə olan “Microsoft”un qurucusu Bill Qeyts “ətraf mühitin qorunmasına kömək etmək” üçün Türkiyədə kənd təsərrüfatı sahəsi axtarır.

Qeyts keçmiş həyat yoldaşı ilə birlikdə idarə etdiyi 50 milyard dollarlıq sərvəti olan “Bill və Melinda Qeyts Fondu” üçün Türkiyədə böyük və dayanıqlı bir ferma qurmaq istəyir.

Qeyts 4 il ərzində Türkiyəyə ikinci səfərini edir. Milyarder iş adamının hazırda Trakiyada 22 min hektar ərazisi var.

Mənbə: Oxu.az