Binali Yıldırım Azərbaycan xalqına başsağlığı verdi
2023-03-31 12:34:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin 27-ci və sonuncu Baş naziri, Türkiyə Böyük Millət Məclisinin 28-ci sədri, hakim AKP – Ədalət və İnkişaf Partiyasının 3-cü başçısı, İzmir millət vəkili, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Heyətinin rəhbəri Binali Yıldırım 31 Mart soyqırımı günü münasibəti ilə sosial şəbəkədə xalqımıza başsağlığı verib.
Yıldırım “Feysbuk” və "Tvitter" səhifələrində yazıb: “31 mart Azərbaycanlıların Soyqırımı Günü həyatını itirən qardaşlarımızı rəhmətlə yad edirəm.
Ruhları şad, məkanları cənnət olsun”.
Hürr Tərcüman
.png)