📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Binə və Sədərəkdə əməliyyat keçirildi

2022-06-10 13:53:00

Binə və Sədərəkdə əməliyyat keçirildi

Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib. 

Hurriyyet.az xəbər verir ki, əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib. 

Hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib. 

Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.