📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Binə” və “Sədərəy”i su basdı - Video

2023-08-28 09:47:18

“Binə” və “Sədərəy”i su basdı - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

FHN-dən Hurriyyet.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçir.