Binəli Yıldırım Azərbaycanda qəzaya uğradı, Türkiyənin Səhiyyə naziri onun vəziyyəti ilə bağlı açıqlama verdi
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan proqramı çərçivəsində Qarabağda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım avtomobil qəzası keçirib. Binəli Yıldırım ilə Türkiyənin millət vəkili Şamil Ayrımın içərisində olduğu avtomobil Cəbrayıldan dönərkən qəzaya uğrayıb. Yıldırımın səhhətinin yaxşı olduğu xəbər verilir.
Qəza nəticəsində avtomobilin təhlükəsizlik yastıqları açılıb. Avtomobildən çıxarılan B. Yıldırım təcili yardımla hadisə yerindən uzaqlaşdırılıb. Türkiyəyə qayıtması üçün Yıldırımı vertolyotla hava limanına aparıblar.
Türkiyənin Səhiyyə naziri Fahreddin Koca qəza ilə bağlı açıqlama verib: “Azərbaycanda səfərdə olan möhtərəm Binəli Yıldırımın mühafizəçisi ilə millət vəkili yoldaşımız Şamil Ayrımın da içərisində olduğu avtomobil qəzaya uğrayıb. Özü ilə danışdım. Üçünün də sağlamlıq vəziyyətinin yaxşı olduğunu, qəzanı yüngül ötüşdürdüklərini öyrəndim”.
Hürr Tərcüman