📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Binəli Yıldırım əməliyyat olundu

2022-10-22 17:31:00

Binəli Yıldırım əməliyyat olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Qarabağda yol qəzasına düşən AKP-nin sədr müavini Binəli Yıldırım cərrahiyə əməliyyatı olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. 

Türkiyənin İstanbul şəhərinə aparılan B.Yıldırımın səhhətinin yaxşı olduğunu bildirən nazir, həmçinin B.Yıldırımla birlikdə qəzada xəsarət alan, partiyanın istanbullu deputatı Şamil Ayrımın da səhhətinin normal olduğunu vurğulayıb.

Səhiyyə naziri B.Yıldırımın başının dərisində toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatının icra edildiyini qeyd edib.