📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA

2021-11-04 10:19:00

Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA

“Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli razılaşmada Laçın dəhlizi ilə paralel olaraq Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlinib. Bu istiqamətdə işlər davam edir. Bu məsələdə İranın müsbət, yaxud mənfi mövqe tutmasının çox anlamlı olduğunu düşünmürəm”.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım bildirib.

O qeyd edib ki, Zəngəzur dəhlizindən bütün ölkələr faydalanacaq: “İran köklü bir dövlətdir. İranla barış içində yaşayırıq, yaşamağa davam edəcəyik. Qafqaz ölkələri ilə bərabər Xəzərin regionundakı dövlətlər də daxil olmaqla, bu platformanın genişlənəcəyinə inanırıq”.