📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Binəli Yıldırımın qəzaya düşdüyü yerdən - Fotolar

2022-10-21 12:16:00

Binəli Yıldırımın qəzaya düşdüyü yerdən - Fotolar

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən qəzaya uğrayıb.

Hurriyyet.az xəbər verir ki, Türkiyə mətbuatında B. Yıldırımın qəzaya uğradığı avtomobilin fotoları yayılıb.
Fotolar qəzanın əhəmiyyətli dərəcədə olduğunu deməyə əsas verir.


Qeyd edək ki, Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriliblər.

Son məlumatlara görə, onların vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur və yaxın saatlarda onların evə yazılacağı gözlənilir. Bundan əlavə Türkiyə qəza keçirənlər üçün Azərbaycana ambulans təyyarə də göndərib.

yeniavaz.com