📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Binəqədidə yanğın başlayıb

2026-03-13 19:35:09

Binəqədidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Əlavə məlumat veriləcək.