📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

2026-02-05 10:32:11

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Hurriyyet.org Teleqraf-a istinadən xəbər verir ki, hadisə bağlar yaşayış massivində baş verib.

Yaşadıqları evin mətbəxində dəm qazından zəhərlənən bir ailənin 4 üzvü- 2010-cu il təvəllüdlü Yusifli Dilbazi Rəşad qızı, 2014 -ci il təvəllüdlü Yusifli Nəzrin Rəşad qızı, 2015-ci il təvəllüdlü Yusifli Emin Rəşad oğlu və 1988-ci il təvəllüdlü Yusifova Nübar Aslan qızı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.