📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bir ailənin beş üzvü qəzaya düşdü, ölən var

2022-01-03 23:32:00

Bir ailənin beş üzvü qəzaya düşdü, ölən var

Zərdab rayonunda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi "VAZ-21015" markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.